Risk hələ də qalır: “Əsas məsələ əhalinin qaydalara riayət etməsidir” 

“Nəzərə alaq ki, biz özümüzü qorumaqla, ətrafımızı və ümumiyyətlə cəmiyyəti qorumuş oluruq”.
Bunu “Sherg.az”a açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib.
Birlik rəhbəri bildirib ki, dünya dövlətləri hələ də koronavirus (COVİD-19) pandemiyası ilə mübarizəsini davam etdirir: 

“Bu baxımdan Azərbaycanda da davamlı olaraq ciddi mübarizə aparılır. Bütün görülən işlərə baxmayaraq, koronavirus riski hələ də var. Ötən gün modul tipli xəstəxanaların açılışında Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, əsas vəzifə insanları xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir. Göründüyü kimi, dövlət üzərinə düşünə edir. İndi əsas məsələ əhalinin Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul olunmuş qaydalara riayət etməsidir”.