Ermənistandakı “koronavirus cəhənnəmi”: “Əhali ac-yalavac qalıb”

“Ermənistan keçmiş SSRİ respublikları içərisində koronavirusa ən çox məruz qalan ölkədir”

“Çünki insanlar lazımi qaydada qidalanmadıqlarına görə, immunitetlərizəifləyir və virusa yoluxurlar”

"İndi Paşinyanın müdafiəsiz dövrüdür. Baş nazir müdafiəsini qura bilməsə, Ermənistan müxalifəti vahid lider əldə etsə, vay Paşinyanın halına”


Ermənistanda koronavirusla bağlı vəziyyət olduqca gərgindir. Virusa yoluxanların və ölənlərin sayında ciddi artım var. 
Hətta Rusiya mətbuatı da Ermənistandakı “koronavirus cəhənnəmi”ndən yazıb.

Şimal qonşumuzun "Lenta.ru” saytı yazır ki, ölkədə xəstəlik pik həddə keçib, ağır şəkildə olan xəstələrin sayı fantastik həddə yüksəlir, səhiyyə sisteminin resursları isə bunun müqabilində tükənmək üzrədir. Hakimiyyət isə bütün bunların fonunda küçələrdə maska taxmayan vətəndaşları sosial şəbəkələrdə utandırmaqla məşğuldur.

Hətta vəziyyət o həddə gəlib çatıb ki, Ermənistan Səhiyyə Nazirliyi beynəlxalq təşkilatlardan koronavirusla mübarizə üçün yardım istəyib. Həmçinin Litva və Gürcüstan həkim briqadalarını Ermənistana yardım üçün göndərib.



Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu “Sherg.az”a açıqlamasında bildirib ki, Ermənistanda əhalinin yarı ac və yarı tox dolandığını deyirdik, bunun sübutu koronavirus dönəmində oldu. 
Analitik qeyd edib ki, Ermənistan keçmiş SSRİ respublikları içərisində koronavirusa ən çox məruz qalan ölkədir:

“Dünya ictimai-siyasi fikrində qırmızı xətlə yazılır ki, keçmiş sovet republikaları koronavirusa az yoluxdular, çünki sovet səhiyyə sistemi güclü imiş. İmma keçmiş sovet respublikaları içərisində pandemiyaya ən çox məruz qalan Ermənistandır. Çünki əhali yaxşı vəziyyətdə deyil. Yalandan özlərini göstərirlər ki, guya yeyib-içirlər. Amma əslində biabırçı vəziyyətdir. Yeyib-içmədiklərinə, lazımlı qaydada qidalanmadıqlarına görə, insanların böyük əksəriyyətinin immuniteti zəifdir. Ona görə də virus gələn kimi yoluxurlar”.

M.Əhmədoğlu bildirib ki, Ermənistanda total narazlıq var:

“İndiki dövrün ən vacib elementi ondan ibarətdir ki, Paşinyanın müdafiəsi yoxdur. Hətta Paşinyanın küçədən tapıb deputat elədiyi adam da hazırda ondan narazıdır. İndi Paşinyanın müdafiəsiz dövrüdür. Paşinyan müdafiəsini qura bilməsə və yaxın zamanda Ermənistan müxalifəti vahid lider əldə etsə, vay Paşinyanın halına”.