Dünya “Yeni Nizam”a keçir: “Köklü dəyişikliklər olacaq”

“Pandemiya hələ bitməyib. Gələcəkdə hansı problemlərlə üzləşəcəyimiz məlum deyil”.
Bu sözləri “Sherg.az”a Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 
Partiya təmsilçisi bəyan edib ki, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla işləmək lazımdır: 

“Avropa Şurasından çıxmaq barədə məsuliyyətsiz bəyanatlar vermək yanlışdır. Ən azından indiki haidəsələrə insanlarımızın həyati təhlükəsizliyi baxımından ciddi yanaşmaq lazımdır. Sabah Avropa ölkələri virusa qarşı vaksinə sahib olduqda onu əldə etmək üçün əsaslarımız olmalıdır.



Dünya heç bir bəladan sığortalanmayıb.

Bizim Qarabağ problemimiz həll olunmamış vəziyyətdədir. İndi dost və tərəfdaş qazanmaq zamanıdır. Postpandemiya dövründə dünyada hansı proseslərin gedəcəyini təxmin etmək üçün güclü siyasi biliyə malik olmaq lazım deyil.
Birmənalı şəkildə bildirirəm ki, dünyada siyasi, iqtisadi və idarəetmə sahələrində köklü dəyişikliklər olacaq. Dünya “Yeni Nizam” mərhələsinə keçid edir”.