“Qafqazın sənət məbədi"nin yaranmasından 270 il ötür: “Şuşa qeyrət qalamızdır”

“Ermənilər Qarabağla bağlı saxta filmlər çəkirlər. Biz bu istiqamətdə fəallaşmalıyıq. Aqil Abbas bu məsələni gündəmə gətirsə, daha yaxşı olardı”



Azərbaycanın "Kiçik Paris"i, "Qafqazın sənət məbədi", incənətimizin "beşiyi" olan qədim Şuşa şəhərinin əsasının qoyulmasından 270 il ötür. Millət vəkili Aqil Abbas Şuşanın yaranmasının 270 illiyi ilə bağlı tədbirin keçirilməsini təklif edib.
Onun sözlərinə görə, Qarabağ xanlığının və Şuşanın tarixinə laqeydlik edilir:

“Bu il Şuşanın yaranmasının 270 illiyi tamam olur. Bu məsələ gündəmə gəlməlidir. Tariximizə qarşı bu qədər laqeydlik olmaz. Mən burada əyləşən deputat həmkarlarımı da bu məsələdə aktivlik göstərməyə çağırıram. Xahiş edirəm xanım Sədr siz də bu məsələni qaldırasınız”.

Tarixçi-alim Dilavər Əzimli “Sherg.az”a açıqlamasında bildirib ki, Aqil Abbas bu məsələni qaldıranda daha çox bizim Tarix İnstitutunu ittiham etdi:
“Amma onun institutumuzun fəaliyyətindən xəbəri olmadığı bəlli oldu. Bizim institutda istər "erməni məsələsi", istərsə də Qarabağ tarixi fundamental şəkildə işlənib. 



Bunların içində Şuşa şəhərinin tarixi də hərtərəfli şəkildə təbliğ olunub. Bu tədqiqat işləri çoxlu dillərə tərcümə edilərək, həm də sosial mediyada yayımlanıb.

Məsələn, dostum Yunus Şuşa ilə bağlı neçə monoqrafiya yazıb. O cümlədən Camal müəllimim kitabı da neçə dilə tərcümə edilib. Hər il Tarix İnstitutu "erməni məsələsi"nə, Qarabağ tarixinə dair beynəlxalq konfranslar keçirir. Sadəcə, bu il pandemiya bu məsələdə müəyyən maneələr yaratdı. Amma onlyan konfranslar, seminarlar oldu. 

Əlbəttə, Şuşa bizim yaralı yerimizdir. Şuşada bir dəfə olmuşam. Elə bilirdim ki, cənnət oradır. Şuşa bizim qeyrət qalamızdır. Bu gün erməni şudralar orada saxta prezident seçkiləri keçirirlər. Bu bizə çox pis təsir edir, amma əminik ki, bu qaraçıları oradan çıxarıb, İrəvanı da qaytaracağıq. Bu reallaşacaq”. 

Tarixçinin sözlərinə görə, ermənilərə qarşı daha güclü hücuma keçməliyik. Bu da informasiya sistemində üstünlükdür:

“Bu gün ermənilər daha çox vizual mübarizəyə üstünlük verirlər. Biz də bu sahəni gücləndirməliyik. Baxın, ermənilər Qarabağla bağlı saxta filmlər çəkirlər. Biz bu istiqamətdə fəallaşmalıyıq. Aqil Abbas bu məsələni gündəmə gətirsə, daha yaxşı olardı. Məsələn, bir zamanlar yəhudilərin ərsəyə gətirdiyi "Pianist" filmini çox sevirdim. Amma sonralar bəlli oldu ki, təbliğat xarakterli filmdir. İndi ermənilər də bu cür sistemlə çalışırlar. Təsəvvür edin ki, yeni çəkdikləri film də "Pianist" kimi bir filmdir. Bu istiqamətdə işlərə rəvac verməliyik. Demək istəyirəm ki, konfranslar da lazımdır, amma informasiya üstünlük əldə etmək üçün zamana uyğun sistem qurmalısan. Bu gün dünya informasiya sisteminə üstünlük verir, vizual sistemə üstünlük verir. Bu mənada iş görən müəssisəni tənqid etmək yox, ona şərait yaradılmasını təklif etmək lazımdır”.