“Ölkəmiz ən ağır durumda belə yüz minlərlə əcnəbiyə dəstək göstərib”

Bunların hamısı İlham Əliyev faktoruna görədir”

“Prezidentin insansevərliyi, hümanistliyi, sadəliyi əsasında 29 ölkəyə yaxından dəstək verilib”

“Gözə görünməyən düşmən ən inkişaf etmiş ölkələrin səhiyyəsini məhv etdi. Qısa müddət ərzində həm ABŞ-da, həm Avropda on minlərlə insan koronovurisun qurbanına çevrildi. Yüz minlərlə insan sağlamlığını itirdi”. 

Bunu “Sherg.az”a açıqlamasında BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı deyib. 

Partiya funksioneri bildirib ki, belə bir vəziyyətdə Azərbaycan məhz cənab Prezident İlham Əliyevin verdiyi qərarlarla koronovirusa qarşı mübarizəyə qoşuldu: 

“Dövlət başçısı İlham Əliyevin şəxsi nüfuzu ilə ölkəmizə ən vacıb tibbi avandalıqlar, həkimlərin qoruyucu paltarları, maskalar daxil edildi. Yüzlərlə süni nəfəs aparatları əldə edilib, ölkəmizə gətirildi. Həmin günlərdə dünyada böyük böhran yarandı. İnkişaf etmiş ölkələr tibbi avandanlıqları başqa dövlətlərə vermirdi. Bütün bunları ilk günlərdə əldə etmək çox böyük uğur idi və öz xalqının qorunmasında böyük faktora çevrilmişdi. Daha sonra Prezident daxili imkanlarımız hesabına az müddət ərzində modul tipli 10 xəstəxanın tikilməsi ilə bağlı qərar qəbul etdi. Ölkəmizdə maska istehlası 20 gün ərzində həyata keçirildi. Artıq 10 xəstəxanın 4 açlışı olub, iyunun sonuna kimi daha 6 xəstəxananın açılması nəzərdə tutulub. Maraqlısı odur ki, son 16 il ərzində bütövlükdə 700-dən çox tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Bütün bunlar məhz İlham Əliyevin prezidentlik etdiyi dövrü əhatə edir. Bu səbəndəndir ki, bizim səhiyyəmiz ilk gündən xəstələnmiş şəxslərə kömək edə bildilər”.

N.Orduxanlı vurğulayıb ki, 5000-ə yaxın virus xəstəsi sağlaraq evə buraxılıb: 

“Sağalanlar yoluxanlardan çoxdur. Bununla yanaşı, sosial yönümlü qərarlar qəbul edildi. Yüz minlərlə azəminatlı ailələrə ərzaq yardımı, 600 mindən çox vətəndaşa 190 manatlıq maliyyə dəstəyi, 60 mindən çox sahibkara maliyyə dəstəyi göstərildi. Bütün bunlar Azərbaycanda məhz İlham Əliyevin verdiyi rasional qərarlar sayəsində həyata keçirildi. Bir gündə 3 modul tipli xəstəxananın açlışının şahidi olduq. Bundan qabaq da bir necə müasir və modul tipli xəstəxanalrın açlışının şahidi olmuşuq. Demək olar ki, hər gün həm cənab Prezident İlham Əliyev, həm də ölkənin Birinci Vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva ölkəmizin koronavirusla mübarizənin hansı səviyyədə olduğuna dair məlumatlandırılır. Doğru qərarlar nəticəsində Azərbaycan virusla mübarizədə öncül dövlətlər sırasındadır”.

QHT rəhbəri vurğulayıb ki, dövlət başçısının çıxışında bəlli oldu ki, Azərbaycan dövləti 29 ölkəyə dəstək göstərib: 

“Qürurverici haldır ki, insanaların ağır durumunda yüz minlərlə insana dəstək olmuşuq. Bunların hamısı İlham Əliyev faktoruna görədir. Prezidentin insansevərliyi, hümanistliyi, sadəliyi əsasında 29 ölkəyə yaxından dəstək verilib. Bu da yüz minlərlə insanın virusdan qorunması, ölüm riskinə daxil olmaması kimi qəbul edilməlidir. Bir müddət keçəcək, dünya virusa qalıb gələcək. Ancaq milyonlarla insana olunan dəstək, yardım tarixdə əbədi qalacaq. O xalqlar biləcək ki, ən ağır dövrlərdə onların yardımına Azərbaycan Prezidenti İlham Əliyev çatıb. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bir neçə dəfə bu sahədə nümunəvi ölkə adlandırıb. Koronavirusla mübarizə sahəsində işləri təşkil edən qurumların - Operativ Qərargahın, İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-n fəaliyyəti yüksək qiymətləndirilib. Koronavirus xəstələrini müalicə etmək üçün ən qabaqcıl 20 xəstəxana ayrılıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alırlar. Ən əsası minlərlə insan xaricdən təxliyə edilib və bu proses davam edir. Karantin şəraitində qalan vətəndaşlar üçün də xüsusi şərait yaradılıb”. 

Politoloqun fikrincə, bütün bunları Azərbaycan dövləti özünün daxil imkanları hesabına həyata keçirib: 

“Bu gün virus aradan qalxmayıb. Virusla mübarizə başqa müstəviyə keçib. İndi hər bir vətəndaşımız açıq şəkildə virusla mübarizə aparmalıdır. Prezidentin dediyi 3 qaydaya əməl etməklə - maska, məsafə saxlamaq və gigiyena qaydalarına əməl olunmaqla virusa 95 faiz qalib gəlmək olar. Hər bir vətəndaşımız çox məsuliyyətli olmalıdır. Düşünürəm ki, əhalinin böyük hissəsi başa düşür ki, Operativ Qərargahın həftənin 2 günü karantin rejimi elan etməsi, məhz öz vətəndaşını qorumaq üçündür. Bu gün düşmən və dilənçi Ermənistanda hansı vəziyyətin olduğunun şahidi oluruq. Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı Azərbaycandan 5-6 dəfə azdır. Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə ölkəmiz qabaqcıl yerdədir. Ermənistan əhalisinin Azərbaycan əhalisindən 5 dəfə az olduğunu nəzərə alsaq, mənzərə tam aydın olar”. 

Niyaməddin Orduxanlıya görə, bəzi inkişaf etmiş ölkələrdə ölənlərin sayı belə Azərbaycanda yoluxanların sayından çoxdur: 

“Elə ölkələr var ki, orada əhalinin sayı təxminən Azərbaycandakı kimidir. Lakin on minə yaxın insan ölüb. Sonda bir vacib məqama da didqəti cəlb etmək istəyirəm. Hər kəs Azərbaycan Prezidentindən nümunə götürməlidir! Vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə edir. Bu, qapalı şəraitdə mütləqdir. Prezident və Birinci vitse-prezident hər bir vətəndaş üçün nümunə göstərir ki, maska taxmaq vacibdir və hər kəs də bundan mütləq şəkildə istifadə etməlidir!”.