“Toppuş bacı” “Sherg.az”a DANIŞDI: “Həmin palata, həmin terapiya...”

Xəbər verdiyimiz kimi uzun müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tunzalə Əliyevanın yenidən vəziyyəti pisləşib. Aktrisa xəstəxanadan fotosunu rəsmi “İnstagram” səhifəsində paylaşaraq “Yenə Əvvələ qayıtdıq.
Yenə bu sevimli 419-cu palata“ sözlərini yazıb.


Biz də  “Sherg.az”olaraq Tünzalə xanımın sağlıq durumunu öyrənmək üçün onunla əlaqə saxladıq. Əməkdar artist dünəndən etibarən  kimya-terapiyalara başladığını söylədi: 

 “Müalicəm normal, dünya standartlarına uyğun formada davam edir. Pamdemiya dövrünə baxmayaraq həkimlər peşəkarlıqla çalışır. Burda tək həkimlərin işi deyil, qidalanmam, dərmanlarımı qəbul etməyim, orqanizmim  çox böyük rol oynayır. 

Aktrisa xəstəxanada koronavirusla əlaqədar görülən tədbirlərdən də danışdı:

“Təsəvvür edin onkologiyada  içəri girəndən çıxana qədər yoxlanış olur. Girişdə xüsusi kompüter sistemləri qurulub. Spirtlənirsən və  tibbi maskalarla, əlcəklərlə içəri buraxılırsan. 

Gigiyenik vasitələrin hamısından istifadə edirik. Yəqin ki, bütün xəstəxanalarda belədir.  Dövlət başçımızın təşviqatına, təbliğatına, nazirlər kabinetinin qərarlarına  qiymət verirlər. Ailəmlə  bütün  bu  proseslərə  layiqincə  diqqət edirik. Tanışlarımıza, hər kəsə söyləyirik ki,  qorunsunlar,  məsafə saxlasınlar, yoluxmasınlar. İnanın iki ay evdən çıxmadım. 

Təcili bir şey üçün məcbur qalanda əlcəklə, tibbi maskalarla getmişəm. Şükür Allaha ailəmdə yoluxma olmadı. Xərçəng olduğum üçün mənə daha pis təsir edə bilərdi. Çalışdıq ki, özümüzü qoruyaq. Hamıya da məsləhət gördük ki, ehtiyatlı olsunlar”.   

Son olaraq Tünzalə xanım dedi ki, uşağı az yaşlı  olduğuna görə  evdə qalır, xəstəxanaya yalnız terapiyalar üçün gedir.