Həkim: “Bizim üçün ən vacib amil insanların sağlamlığıdır”

İyunun 17-də tibb işçilərinin peşə bayramıdır. Bu fədakar peşə nümayəndələri bütün dövrlərdə olduğu kimi indi- koronavirus pandemiyası şəraitində də cəfakeşlik, qayğıkeşlik nümunəsi göstərdilər. Həyatlarını təhlükəyə atıb, başqalarının  sağlamlıqlarını düşündülər.

  Səhiyyə işçilərinin yüksək insani keyfiyyətləri ilə bağlı "Sherg.az"a danışan  Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı bütün həmkarlarını təbrik etdi:



"Təbabət yarandığı gündən etibarən diqqətdə olub, insanların ömürlərinin uzadılmasına xidmət edib. Həkimlik heç vaxt kölgədə qalmayıb. Əksinə, zirvədə olub. Biz əsla özümüzü düşünməmişik. Bizim üçün yeganə məqam ayrı- ayrı insanların, bəzən heç tanımadıqlarımızın, üzünü görmədiyimiz, adını bilmədiklərimizin sağlamlığıdır. Çünki cəmiyyətin sağlamlığı fərdlərin sağlamlığına istinad edir. Mən bir həkim kimi bütün həmkarlarıma uğurlar arzulayıram. Yolunuz, yolumuz açıq olsun!".