İTİRİLMİŞ ZAMAN: Paşinyan bir gün populis vədlərin hesabatını verməli olacaq

"Artıq heç bir yalançı metodlar işləmir. İnsanlar, ölkə vətəndaşları konkret addımlar gözləyir"

"Ermənistanda kim hakimiyyətə gəlir-gəlsin, fərqi yoxdur, hamısı eyni xətti, fitnəkar, təxribatçı, nasist, faşist siyasəti yeridir".

Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.


Deputat bildirib ki, bu, yüz illərdir davam edən və vaksini hələ də tapılmayan erməni xəstəliyidir:

"Emənilər elə bir bəlaya, sağalmaz xəstəliyə yoluxublar ki, hələ də onun cəngindən, əsarətindən qurtula bilmirlər. 

"Ermənilər nasizmi, faşizmi və terrorizmi dövlət siyasəti səviyyəsinə qaldırır, daha da gücləndirirlər. Dediyim kimi, bu, onların "xəstəliyi"ndən, mahiyyətindən irəli gəlir. Guya "demokrat", "yeni düşüncəli" modern siyasətçi qiyafəsində hakimiyyətə gəldiyini iddia edən Nikol Paşinyan da qəddar hərbi xunta rejimin daşıyıcılarından, koçaryanlardan, sarkisyanlardan, ohanyanlardan fərqlənmir. Əksinə, onlardan daha betər, saxta avantürist biri kimi özünü çox qısa müddətdə həm ölkə, həm də dünya ictimaiyyətinə tanıtdı. Eyni ritorika, eyni üslub, eyni dəst-xətt. Dəyişən heç nə yoxdur. Paşinyan çevriliş yolu ilə hakimiyyətə gələndə Qərbdəki "dayı"larına arxalanaraq, icrası mümkün olmayan fantastik, reallıqdan uzaq vədlər vermişdi. Xunta rejimindən bezənlər də xilaskar kimi onu görmüş və qəbul etmişdilər".

Deputat bildirib ki, ancaq cəmi bir neçə aydan sonra digər erməni siyasətçiləri kimi Paşinyanın da onları aldatdığını, digərlərindən fərqlənmədiyini ermənilər  gördülər, məyusluğa düçar oldular:

"Tez-tez ölkə daxilində olan lokal qarşıdurmalar da, kükrəyən qəzəb dalğası da məhz Paşinyana olan etimadsızlığın, nifrətin əlamətlərinin göstəricisidir. Ona görə üzərinə gələn və gələ biləcək qəzəb dalğasını, böyük təlatümü, fırtınanı səngitmək, başqa istiqamətə yönləndirmək üçün mütəmadi olaraq çürümüş "Qarabağ kartı"ndan, Azərbaycana qarşı təhdid siyasətindən istifadə etməyə çalışır. Eyni zamanda, Qarabağdan olan güclü rəqiblərini sıradan çıxarmaq yolunu tutur. Onların timsalında böyük bir güclə qarşılaşmaması, siyasi səhnədən silinməməsi üçün həbs, terror taktikasından istifadə edir. O cümlədən, işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz, fitnəkar səfərlərini edir. Bununla itirilmiş, sarsılmış nüfuzunu bərpa, həm də ona nifrəti olan Qarabağ ermənilərinin dəstəyini, rəğbətini əldə edərək, hakimiyyət ömrünü uzatmaq, sürdürmək istəyir. Amma atalar məsəlində də deyildiyi kimi, "cidanı çuvalda gizlətmək olmaz". Bir gün yalanların, quru, boşboğaz, populis vədlərin hesabatını verməli olacaq. Bu, mütləqdir və birmənalıdır".

Millət vəkilinin sözlərinə görə, Ermənistan rəhbərliyi pandemiya vəziyyəti ilə durumu daha da ağırlaşan, uçuruma gedən Ermənistanı iqtisadi fəlakətdən qurtarmaq əvəzinə, Azərbaycana dil uzadır, təhdidlər sovurur:

"Artıq bu metodlar işləmir. İnsanlar, ölkə vətəndaşları konkret addımlar gözləyir. Uçurumdan, fəlakətdən qurtulmanın çıxış yollarının tapılmasını tələb edirlər. Paşinyan nə edir-edir etsin, ucuz şoularla, fitnəkar və təxribatçı davranışları ilə nə özünü xilas edə biləcək, nə də dərin uçuruma sürüklədiyi Ermənistanı. Hər gün, hər saat onun və onların  zərərinə, hər an, hər saniyə isə daim haqqın, ədalətin yanında olan Azərbaycanın xeyrinə işləyir. Avroparlamentin son bəyanatı, 3 nüfuzlu şəxsin təxribatçı "magistral yol" layihəsi ilə bağlı Ermənistanın ifşasına yönəlik sərt mövqe sərgiləməsi də deyilənləri bir daha təsdiqləyir. Artıq kimsə ermənilərin yalançı, saxta timsah göz yaşlarına inanmır. Ermənistanın gizlətməyə çalışdığı işğalçılıq və təcavüzkarlıq siyasətini artıq kimsə gözardı etmək, görməzdən gəlmək istəmir. Bu baxımdan, hələ də gec deyil,  hələ də vaxt zaman var, avantürist, xəstə düşüncəli erməni siyasətçiləri, başbilənləri öz fintəkar siyasətlərindən geri çəkilsinlər, işğalçı qoşunları Azərbaycan torpaqlarından çıxarsınlar, ədalətli sülhə razılaşsınlar. Yoxsa, gerçəkdən cavabları çox ağır, çox sarsıdıcı və öldürücü olacaq. O zaman onları kimsə xilas edə, qurtara da bilməyəcək!".