"Xәstәxana divarları mәcsidlәrdәn daha çox sәmimi duaları eşidib"- Həkim

"Belә bir fikir yadıma düşdü, xәstәxana divarları mәcsidlәrdәn daha çox sәmimi duaları  eşidib. Odur ki, cәmiyyәtdә tibb işcilәrinin gördüyü işin nә qәdәr çәtin vә müqәdәs olduğunu vurğulamaq istәyirəm".
Bu sözləri 17 iyun-Tibb işçilərinin peşə bayramı günü ilə bağlı "Sherg.az"a danışan Mərkəzi Neftçilər Xəstəxanasının həkimi, infeksionist Natiq Əliyev deyib. 
O, xüsusilə koronavirus pandemiyası kimi fövqəladə vəziyyətlər zamanı səhiyyə işçilərinin əməyini yüksək qiymətləndirib: 

"İnsanların ümid yeri olub, onlara şәfa paylamaq hәm mәsuliyyәtli hәm dә fәxr dolu bir hissdir. Pandemiya dönәmindә bütün düyada olduğu kimi bizdә dә ön cәbhәdә gecәsini gündüzünә qatan, aylarla ailәsindәn, sevdiklәrindәn uzaqda qalan, ağır şәraitlәrdә işlәyәn hәkimlәrimizin, tibbi personalın әmәyini qeyd etmək  istәyirәm. Tibb heyәtin fəaliyyəti komanda işidir. Burada hәkimindәn, kiçik tibb işcisinә qәdәr hәr kәsin birliyi lazımdır".

N. Əliyev peşə bayramı münasibətilə həmkarlarını təbrik edib: 

"Bu gün bizim günümüzdür. İnsanlara vicdanla xidmәt edәn tibb işçilәrimizi tәbrik edirәm. Onlara işlәrindә uğurlar arzulayıram. İnşallah,  hәr zaman insanların xoş dualarında olar, bu peşәnin ağırlığını, mәsuliyyәtini dәrk edәrәk xidmәt edərlər".