Görün, yumurtadan nə çıxdı !  – RƏZALƏT + FOTOLAR

Bakıda mağazaların birindən alınan yumurtalar istifadəyə yararsız çıxıb.
Bu barədə “Sherg.az”ın redaksiyasına adının çəkilməsini istəməyən paytaxt sakini fotolar göndərib.



Sakinin bildirdiyinə görə və eləcə də fotolardan göründüyü kimi, yumurtanın içindən qara rəngdə, ölü vəziyyətdə cücə çıxıb. Vətəndaş bildirir ki, bu gün aldığı 8 ədəd yumurtadan 2-sini qırdıqda ətrafı pis qoxu bürüyüb.
Hər iki yumurtanın içindən ölmüş cücə çıxıb.