“Artıq hər şey bizim məsuliyyətimizə qalır”

“Gəlin özümüz, yaxınlarımız, gələcəyimiz naminə ikiqat məsuliyyətli olaq”


“Ölkəmizdə koronavirusa yoluxma ilə bağlı bugünkü göstəricilər hər birimizi məyus etdi. Yenə də səbəb özümüzük. Sosial məsuliyyətin nə olduğunu bu qədərmi unutduq?”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Azər Kərimli deyib.
Deputat qeyd edib ki, pandemiya yeni başlayanda sosial şəbəkələrdə maska yoxdur, spirt yoxdur desələr də, indi hər ikisi bütün apteklərdə tələbatdan da artıqdır:
“Amma alan yoxdur. Yəni maska ilə qorunmaq, sosial məsafə saxlamaq o qədər mi çətindir? Dövlətimiz bütün sahələrdə üzərinə düşəndən də artıqlaması ilə tədbirlər gördü. Artıq hər şey bizim məsuliyyətimizə qalır. Gəlin özümüz, yaxınlarımız, gələcəyimiz naminə ikiqat məsuliyyətli olaq”.