Yumurta aldılar, cücə çıxdı – SƏBƏB ?

“Görünür baş verən hadisədə yumurtanın saxlanma rejimləri pozulub. Ona görə də belə hal yaşanıb”

  

Bakıda mağazaların birindən alınan yumurtalar istifadəyə yararsız çıxıb.
Bu barədə “Sherg.az”ın redaksiyasına adının çəkilməsini istəməyən paytaxt sakini fotolar göndərib.
Sakinin bildirdiyinə görə və eləcə də fotolardan göründüyü kimi, yumurtanın içindən qara rəngdə, ölü vəziyyətdə cücə çıxıb. Vətəndaş bildirir ki, bu gün aldığı 8 ədəd yumurtadan 2-sini qırdıqda ətrafı pis qoxu bürüyüb.
Hər iki yumurtanın içindən ölmüş cücə çıxıb. 



Baş verənləri “Sherg.az”a şərh edən qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev bildirib ki, yumurtanın saxlanması üçün müvafiq rejim mövcuddur. Bu rejimlərdə düzgün saxlanan yumurta istifadəyə yararsız olmur:

“Yumurtanın saxlanmasına dair müəyyən temperatur və nisbi nəmlik göstəricisi tələb olunur. Laxlanmış yumurtanın əmələ gəlməməsi, yəni yumurtanın sağlam qalması üçün onu 10 dərəcə müsbət temperaturda 28 gün saxlamaq olar. Görünür baş verən hadisədə yumurtanın saxlanma rejimləri pozulub. Ona görə də belə hal yaşanıb”.

E.Fərzəliyev qeyd edib ki, yumurta standart tələbələrə müvafiq olaraq nisbi nəmlik rejiminində saxlanılmırsa, bu zaman onun istifadəyə yararlılığına şübhə yaranır:

“Yumurta günlərə uyğun olaraq 3 kateqoriyada olur: 1-ci kateqoriya yeni yığılmış yumurtalardır. 2-ci bir neçə gün ərzində yığılmış yumurtalar. 3-cü kateqoriyadan sonra yumurta istifadə üçün yararsızdır. Toyuqdan ya da inkubatordan alınmış yumurtanı bu gün istifadə ediriksə, ən yenisi sayılır. Bu yumurtalar eyni zamanda dəyərinə görə fərqlənir və daha yüksək qiymətə satılır. Yumurta fabrikdə bir neçə gün qalıb tədarük olunaraq yığılırsa, artıq onun qiymətində ucuzlaşmalar müəyyən aşağı düşmələr baş verir. Yumurta yığılıb tədarük olunanda müəyyən rejimdə saxlanılmalıdır ki, istehlaka yaxşı vəziyyətdə çatdırılısın. Baş verən hadisədə yumurtanın hansı rejimdə saxlanılması dəqiq bilinmir. Ona görə konkret fikir söyləmək mümkün deyil”.