Televiziyaya inam azalır ! - “Efirə ziyalıları çıxarmaq şərtdir!”

“Mənfi nümunə ola biləcək insanları televiziyalardan uzaq tutmaq lazımdır”

“Əlac nədir?” adlı məqaləmdə də yazdığım kimi, Bircə əlac var - öyrənmək!” 



“Bayaq növbəti ekskursiyaya getmişdim ...həkimə. Qəbulda da xəstələr olur da , təcrübə mübadiləsi flan.... Bir qadın qayıtdı ki , “voobşe” tilvezerdə kimi çox göstərirlər moşennıik həkimdi. Ürəyimdə fikirləşdim --- təkcə həkimlərəmi aiddi? 2017 ci ilin bu günü yazmışdım. Mən hələ də elə fikirləşirəm”.

Bu sözləri “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay özünün “Facebook” hesabında yazıb. 

Mövzunun aktuallığını nəzərə alıb, baş yazarla əlaqə saxladıq. Mövzu ilə bağlı “Sherg.az”a danışan İ.Tuncay  problemin hələ də öz həllini tapmadığını deyib: 

“Düzdür, mən bu statusu üç il əvvəl yazmışdım. Ancaq vəziyyət, demək olar ki, dəyişməyib. Kimlərisə reklam xətrinə efirə çıxarırlar. Xüsusilə xəstəxanaları, həkimləri reklam edirlər. Ona görə də televiziyaya inam azalır. Televiziyaya inamı bərpa etmək üçün sözügedən mənfi tendensiyanı aradan qaldırmaq lazımdır. Bunun üçün isə efirə ziyalıları çıxarmaq və mənfi nümunə ola biləcək insanları televiziyalardan uzaq tutmaq şərtdir. “Əlac nədir?” adlı məqaləmdə də yazdığım kimi, Bircə əlac var - öyrənmək!”.