“ “Microsoft” şirkəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır”

“Qarşılıqlı əməkdaşlıq istiqamətləri iqtisadiyyatımızın postpandemiya dövründə yeni strategiya ilə inkişafına gətirəcək”


Prezident İlham Əliyevlə “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Görüşdə ölkə başçısının nitqi əsasında Azərbaycanın dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlığı, yüksək texnologiyaların, innovasiyaların tətbiqi sahəsinə xüsusi diqqət ayrııb.

Dünyanın nüfuzlu şirkətlərinin Azərbaycanla əməkdaşlığa yüksək marağı var. “Microsoft” şirkətinin rəhbərliyində təmsil olunmuş şəxslərin ölkəmiz haqqında yüksək fikirləri, əməkdaşlığın perspektivləri, irəli sürdüyü təkliflər xüsusi əhəmiyyətə malikdir. 

Videokonfransla bağlı “Sherg.az”a danışan millət vəkili Müşfiq Məmmədli bildirib ki, “Microsoft” şirkəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır:

“Cənab Prezident “Microsoft” şirkəti ilə əməkdaşlıqda 3 prioritet istiqamətləri müəyyənləşdirdi. 1ci istiqamət-dövlət strukturlarında  və idarəetməsində rəqəmsal texnologiyalardan istifadə, süni intellekt üzrə strategiyanın hazırlanması . 2 ci istiqamət kibertəhlükəsizlik üzrə əməkdaşlıq. 3 cü istiqamət postpandemiya dövründə  distant təhsil üzrə müxtəlif proqramlar üzrə əməkdaşlıq.

Microsoft şirkətinin əməkdaşları Qafqazın ən böyük iqtisadiyyatı olan Azərbaycanla müxtəlif istiqamətlərdə əməkdaşlığa böyük maraq göstərdiklərini qeyd etdilər. Nəticədə qarşılıqlı maraq doğuran əməkdaşlıq istiqamətləri Azərbaycanın iqtisadiyyatını postpandemiya dövründə yeni strategiya ilə inkişafına gətirəcək”.