“Ermənistanda koronavirus nəzarətdən çıxıb” - Təhlükəli mərhələ

“Vaxtında  effektiv tədbirin görülməməsi səbəbindən virusa yoluxma və ölüm halları sürtələ artmaqdadır” 



“Koronavirus pandemiyası başladığı ilk vaxtlardan hər bir ölkə bu bəlaya qarşı özünəməxsus formada mübarizə taktikası seçdi. Bir sıra dövlətlər ölkə iqtisadiyyatını xilas etməyi, bəzi ölkələri insan amilinə, onların sağlamlığının müdafiəsini əsas götürdü. Bunun bariz nümunəsi Azərbaycandır”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili İlham Məmmədov deyib.

Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin yürütdüyü siyasətinin ana xəttini hər zaman insanların sağlamlığı təşkil edir:

“Elə ölkələr də oldu ki, nə ölkə iqtisadiyyatına, nə də insan amilinə üstünlük verə bildi. Bu faktın ən bariz nümunəsi kimi işğalçı Ermənistanı göstərə bilərik. Ermənistan əhalinin sayı 3 milyondan az olmasına baxmayaraq, nə koronavirusa pandemiyasına qarşı, nə ölkə iqtisadiyyatının qorunması istiqamətində effektiv fəaliyyət göstərə bilmədi. Nəticədə  Ermənistanda  koronavirus pandemiyası nəzarətdən çıxaraq, ən təhlükəli mərhələsinə qədəm qoyub. Son  iki ayda bu ölkədə virusa yoluxmanın dinamikasına  diqqət yetirmək kifayətdir. Vaxtında  effektiv tədbir görülə bilməməsi nəticəsində  həm virusa yoluxma halı, həm ölüm sayı sürtələ artmaqdadır”. 

Deputatın sözlərinə görə, hazırda Ermənistanda koronavirus pandemiyası ilə bağlı durum çox kritik həddə çatıb:

“Virusa yoluxanların sayı sürətlə artığından həm xəstəxanalarda yer çatışmazlığı, həm də xəstələri müalicə edəcək həkim qıtlığı problemi ilə üzləşib. Paşinyan hakimiyətinin bacarıqsızlığı nəticəsində onsuz da sosial-iqtisadi, siyasi sahədə böhranın dərinləşdiyi Ermənistandakı böhran pandemiyadan sonra da daha da ölkə həyatının bütün sahələrini iflic vəziyyətinə salıb.

Nəticədə bu günlərdə Paşinyan özü ölkəsinin koronavirusla mübarizədə məğlub olduğunu etiraf edib. Baş nazirin müavini Mqer Qriqoryan isə ölkə iqtisadiyyatının tənəzzülünün geriyə dönməz hal ala biləcəyini istisna etməyib. “Əgər biz koronavirus pandemiyasə ilə bağlı sərtləşdirici addımları davam etdirsək, o zaman ermənistan iqtisadiyyatının tənəzzülü geriyədönməz  proses alacaq və bu da çox təhlükəlidir”- M. Qriqoryan erməni jurnalistlərinə açıqlamasında deyib. Artıq Ermənistanı idarə edən şəxslərin öz dilləri ilə dedikləri bu fikirlər bu ölkənin hansı durumda olduğunu açıqca ortaya qoyur”.

İ.Məmmədov əlavə edib ki, Azərbaycanda vəziyyət tamamilə fərqlidir:

“Rəqəmlərə müraciət edərək, Azərbaycanla Ermənistan arasında müqayisə aparsaq, o zaman mənzərə daha aydın görünər. Azərbaycan əhalisi artıq 10 milyondan  çox, Ermənistanda isə təxminən 2.9 milyon nəfərdir. Azərbaycanda koronavirusa yoluxmanın ümumi sayı 10 mindən bir az artıq olduğu halda, Ermənistanda isə 18 mindən çoxdur. Bu ümumilikdə Azərbaycan və Gürcüstandakı yoluxma sayından daha artıqdır. Azərbaycanda aparılmış ümumi test sayı 400.000-ə yaxınlaşır. Ermənistanda indiyədək cəmi 87.000-dək test aparılıb.

Son günlərdə yoluxmaların sayına görə Ermənistan yenə də üst sıralarda yer alır, ekspertlər gündəlik yoluxmaların sayının 500-700 nəfər olduğunu bildirirlər. Pandemiyaya qarşı Azərbaycan dövləti 3.5 milyard manat məbləğində büdcə ayırdığı zaman Ermənistan dövləti cəmi 300 milyon dollar həcmində vəsait xərcləmək imkanına malik olduğunu bildirib”.