"Deputatlar rayonlardakı problemləri Milli Məclisdə qaldırmamalıdır” - Fəzail Ağamalı

"Həmkarlarımdan xahiş edirəm ki, rayonlardakı bu və ya digər problemləri Milli Məclisin iclaslarına daşımasınlar”.
"Sherg.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, bundan istifadə edən antimilli qüvvələr dövlətin üzərinə gəlirlər: 
"Burada o məsələlər müzakirəyə çıxarılmalıdır ki, bu məsələlər dövlətçiliyin inkişafına töhfə məqsədi daşısın. Biz özümüz bu problemləri aidiyyəti qurumlar qarşısında qaldıra bilərik”.