Parlament Volkan Bozkırı təbrik edib

Milli Məclis Volkan Bozkırın BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri seçilməsini alqışlayıb.
"Sherg.az"ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Komitə sədri bildirib ki, Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Volkan Bozkır Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 75-ci sessiyasının sədri seçilib:
"Bu, tarixdə ilk dəfə olaraq, Türkiyə nümayəndə heyətinin bu posta seçilməsidir".
Parlament bu münasibətlə Volkan Bozkırı təbrik edib.