“190 manatlıq ödəniş iyun və iyul ayında da verilsin!” - Təklif

“Aprel və may aylarında sahibkarlara və əhaliyə verilən dəstək sonradan ona görə kəsildi ki, karantin rejimi formasını dəyişdi". 
"Sherg.az" xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Əli Məsimli deyib.
İqtisadçı deputat vurğulayıb ki, yenidən karantin rejiminin əvvəlki formasına qayıdırıqsa, bir neçə istiqamətdə işlərimizi sürətləndirməliyik:
"Aprel və may ayında verilən 190 manatlıq birdəfəlik ödəniş iyun və iyul ayında da verilməlidir. Pandemiyada əziyyət çəkən sahələrə də iyun və iyul aylarında ödəniş edilməsi vacibdir”.