Ebru Gündeşin qızı illər sonra ilk dəfə görüntüləndi


Müğənni Ebru Gündeş illərdir mediadan uzaq tutmağa çalışdığı qızı ilə görüntülənib.

 Axşam.az xəbər verir ki, sənətçi 8 yaşlı Alarayla bir dostunun evinə manqal partisinə gedib. İllər sonra ilk dəfə görüntülənən uşağın anasına olan bənzərliyi diqqətdən qaçmayıb.

İyulda başlayacaq konsert turundan əvvəl tətilə yollanan Ebri Bodrumu seçib. Dostunun evinə makiyajsız gedən Gündeşdən çox qızı Alara diqqət çəkib.