"Üzüklərin hökmdarı"nın aktyoru öldü


"Üzüklərin hökmdarı" trilogiyasında rol alan britaniyalı aktyor İen Holm vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Parkinson xəstəliyindən əziyyət çəkən ulduz 88 yaşında xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, İen Holm 1965-ci ildə V Henri roluna görə “Evening Standard” mükafatına layiq görülüb.