İnsanlar nikbinliklərini qorumalıdır: İki həftəlik xüsusi karantin rejimi effektiv olacaq 

3 aydır koronoya qarşı könüllü mübarizə aparan həkim danışdı

"Düşünürəm ki, məqsədəuyğun qərardır".

Bu sözləri xüsusi karantin rejiminin uzadılması ilə bağlı "Sherg.az"a danışan Sabunçu rayonundakı 11 saylı poliklinikanın həkim-terapevti, 3 aydır könüllü olaraq Tədris Cərrahiyyə Klinikasında çalışan Məlahət Hümmətqızı deyib. 

  O, "taclı virus"a qalib gəlmək üçün vətəndaşlara müraciət edib:

"Yoluxma sayı artan templə davam edir. İki həftəlik xüsusi karantin rejiminin effektiv olacağını fikirləşirəm. İnsanlar da nikbinliklərini qorumalı, soyuqqanlı olmalıdırlar. İndiki halda əlimizdən məsuliyyətli və səbrli olmaqdan başqa heç nə gəlmir".