Şou əhli başlarına gələn kürioz hadisələrdən DANIŞDILAR: “Toya bir ay qabaq getmişdik !”

Həyatın enişli-yoxuşlu yollarında addımlayarkən fərqli məkanlarda müxtəlif insanlarla tanış olur, ömür dəftərimizə acılı-şirinli xatirələr yazırıq.  Peşəsindən və kimliyindən asılı olmayaraq hər insan müxtəlıiof kürioz hadisələrlə rastlaşır, onlardan çıxış yollarını axtarır. Amma bir sənət var ki, ona yiyələnən hər kəs üçün xeyli sayda yadda qalan əhvalatlar  baş verir. Bəli, söhbət müğənnilikdən gedir. 
Gəlin şou dünyasının sevilən nümayəndələrindən soruşaq, görək uzun sənət yolları boyunca başlarına gəlmiş  ən yadda qalan hadisə hansıdır?

Tanınmış müğənni, xalq artisti Səməd Səmədov ən maraqlısını yadına sala bilməsə də, qürur duyduğu xatirələrindən danışdı:



“Gülağa Məmmədov,Anatoli Qəniyev, İslam Rızayev,  Əlibaba Məmmədov və Aftandillə  bir məclisdə olmuşam, pionikada onları müşayiət etmişəm. Əli Mirəliyev demiş o vaxtlar “aparaturşik” idim. Kim keçmişini unutsa, onun gələcəyi olmaz. Onlarla  bir məclisdə, toyxanalarda oturmuşam, rayonları qarış-qarış gəzmişəm. Ancaq bunlar yadıma gəlir.”

Meyxanaçı Ələkbər Yasamallı isə qarşılaşdığı,   təbəssüm doğuran  hadisələri  “Sherg.az”la bölüşdü:


“Bir dəfə də  danışmışam, yenə də deyim. Namiq Qaraçuxurlu, Mehman Əhmədli və mən toya bir ay qabaq getmişdik. Təsəvvür edin, toy iyulun 16-ı olmalı idi, biz getmişdik iyunun 16-ı.. Özüdə indiki kimi, maşına minib toya getmək asan deyildi, o vaxtlar çətin idi. Həm çox tanınan deyildik, həm də  şəxsi maşınımız yox idi. Gedib çıxmışıq, baxırıq ki həyətə toy səsi falan yoxdur. Çağırdıq dostumuzun anası dedi ki, yatıb. Təəccüblənirik amma qadına heç nə demirik.  Sonra özü gəldi dedi ki, sizə  gələn ay demişəm. Belə maraqlı hadisələr olub.  Elə də olub ki, gec getmişik.

Sevilən müğənni Nadir Bayramlı isə hamı kimi adi olaylarla rastlaşdığını  söylədi:


“İndi neçə aylardır, toylara getmirik, olan-qalan da yadımızdan çıxıb. Elə maraqlı nə isə xatırlamıram. Hər toyda xırda nələrsə olub.”



Əməkdar artist Cavanşir Məmmədov dedi ki,  koronavirus pandemiyasından çox yadda qalan heç nə yoxdur:
“O qədər maraqlı işlər olub, amma  sual bu günün sualı deyil. Elə bu pandemiya yadda qalan hadisələrin ən böyüyüdür. 46 ildir sənətdəyəm hələ belə bir şey görməmişdim.”