“Ermənistanın işğalçılıq siyasəti ifşa olundu”

“Eyni zamanda düşmən ölkənin baş nazirini susduruldu”


İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfrans formatında Sammiti keçirilib. Sammitdə Prezident İlham Əliyevin çıxışı ciddi maraq doğurdub.
Prezident növbəti dəfə mühüm beynəlxalq platformada Ermənistanın işğalçılıq siyasətini ifşa etdi. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinin çıxışına isterik tərzdə reaksiya verərək həm gülüş doğuran tərzdə ingilis dilində, həm də erməni dilində danışmağa başlayıb. Xüsusilə N.Paşinyanın erməni dilində danışığı videokonfrans iştirakçılarında çaşqınlıq yaradıb və istehza ilə qarşılanıb. N.Paşinyan ingilis dilində “danışarkən” “Dağlıq Qarabağ münaqişəsi”, erməni dilində danışarkən isə “Artsax” ifadəsi işlədib. Bu isə bir daha onu göstərir ki, Ermənistanda hələ də münaqişənin adının nə olduğunu bilmirlər. 




Videokonfransla bağlı “Sherg.az”a danışan politoloq Zaur Məmmədov deyib ki, Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir:

“Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın işğalçılıq siyasətini ifşa etdi və eyni zamanda düşmən ölkənin baş nazirini susduruldu. Valday, Aşqabad, Münhen toplantılarında olduğu kimi. Ümid edək ki, Nikol Prezident İlham Əliyevin məsləhətinə riayət edərək bundan sonrakı tədbirlərdə sakit oturacaq. Çünki replika atmaq, cavab vermək üçün Paşinyanın nə intelektual potensialı var, nə də savadı”.