BNA sözçüsü DANIŞDI: “Sərnişinlər çətinlik çəkməyəcəklər”

“Bəzi xəttlərdə avtobuslar gecə 11-ə, bəzilərində isə 1-ə kimi fəaliyyət göstərir”

“Hərəkət sərnişin axınına uyğun olaraq dəyişir və tənzimlənir”



“Hər marşrut xətti həmin xətt üzrə sərnişin axınına uyğun işləyir. Bəzi xəttlərdə avtobuslar gecə 11-ə, bəzilərində isə 1-ə kimi fəaliyyət göstərir”.
Bunu “Sherg.az”a Baki Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəisi Mais Ağayev iki həftəlik sərt karantin günlərində avtobusların necə fəaliyyət göstərməsi barədə danışarkən deyib. Onun sözlərinə görə, sərnişinlər üçün heç bir problem yaranmamalıdır: 

“Dediyim kimi, hərəkət sərnişin axınına uyğun olaraq dəyişir və tənzimlənir. Bu gün sərnişinlərin sayında azalma müşahidə edilir. Dünən isə istirahət günü olduğu üçün bu göstərici daha az idi. Hər halda sərnişinlərə heç bir çətinlik yaradılmayacaq. Otuz istehsal bazasında marşrut xəttlərinə ciddi nəzarət edilir. Lazım olan məqamda xətdə buraxılan avtobusların sayı çoxaldılır. Onu da deyim ki, sərnişinlərin sayının azlığına baxmayaraq, ötən illə müqayisədə xəttə buraxılan avtobusların sayı 15-20 faiz artırılıb. Bu da sərnişinlərin rahatlığını təmin etməyə hesablanıb”.