Ürək-damar və sinir xəstələrinin NƏZƏRİNƏ ! - "Sağlamlığınız təhdid altında...!" 

yun ayı üçün öyrəşmədiyimiz havadır, ehtiyatlı davranmalıdırlar"




Son günlər  ölkədə qeyri-stabil hava şəraitinin şahidi oluruq. Şimşək çaxır, yağış yağır. Hətta Gədəbəy qara bürünüb. Əlbəttə, iyun ayında, necə deyərlər, yayın cırhacırında bu, hər kəs üçün gözlənilməzdir.

Elə qəribə bir vəziyyət yaranıb ki, özümüzü günəş şüasından qorumaq əvəzinə, qəfil yağa biləcək yağışdan ehtiyatlanırıq.  Yəni koronavirus azmış kimi, bir də öz “cığır”ından çıxan havalar sağlamlığımızı təhdid edir. 



 
Bu barədə “Sherg.az” a açıqlama verən həkim-allerqoloq Şahvələd Məmmədov söylədi ki, insanların özlərini qorumasında fayda var: 

“Əlbəttə, iyun ayı üçün öyrəşmədiyimiz havadır. Ürək-damar xəstələri, əsəb-sinir pozuntuları olanlar ehtiyatlı davranmalıdırlar. Hər halda belə hava şəraiti heç kim üçün arzuolunan deyil”. 

 Həkim mövcud hava şəraitinin koronavirusa təsirindən də danışdı: 

“Əvvəllər isti havada-müsbət 26 dərəcədə koronavirusun öldüyünü deyirdilər. Sonradan gördük ki, hətta ən isti ölkələrdə də virus yayıldı. Ona görə də dəqiq, konkret bir proqnoz vermək çətindir. Amma virusun soyuq havada daha yaxşı yayılması məlumdur. Buna baxmayaraq, bir saat, saat yarım yağan yağış təbii ki, heç bir praktik əhəmiyyətə malik deyil”.