Aybəniz Haşımovadan XƏBƏR VAR: “Hər gün həkim gəlir...”

Bir müddətdir ki, sevilən sənətkar, əməkdar artist Aybəniz Haşımova “Qızıl Yel “ xəstəliyindən əziyyət şəkir. Sənətçinin səhhəti ilə bağlı zaman-zaman mediada xəbərlər yayılır. Bir neçə gün öncə isə  Aybəniz Haşımova sosial şəbəkədə sağlamlığı ilə bağlı açıqlama verib. Əməkdar artistin sözlərinə görə, səhhəti birdən-birə pisləşib:

"23 gün öncə, gecə yarısı evdə tək, ölümlə həyat arasında yaşadığım anların ağrısını sətirlərə belə düzdüm... Bəlkə də, bu son olacaqdı... Bəlkə də, böyük bir imtahanın qarşısında idim. Bir onu bilirəm ki, Allahıma: "qarşındayam, uca Allahım hazıram" dedim.”

Biz də “Sherg.az” olaraq Aybəniz xanımın hazırkı sağlıq durmunu öyrənmək üçün onunla əlaqə saxladıq. Sənətkarın özü danışmasa da, köməkçisi Nicat bəy bunları söylədi: 

“Şükür hər şey qaydasındadır, sağlıq durumu yaxşılığa doğru gedir. Yoxlanışa getmədi, həkim evdə nəzarət edirdi. Hər gün həkim gəlirdi, baxırdı müalicələri davam edirdi. İndi ayağını yerə basa bilir.”