Ağcaqanadlar pandemiyanın genişlənməsinə səbəb ola bilərmi ? – HƏKİMDƏN İZAH 


Dünyada geniş yayılan koronavirusun nə zaman sona çatacağı, hansı şəraitdə məhv olacağı ilə bağlı bir çox fikirlər səsləndirilsə də, onların bəziləri təsdiqini tapmadı. Belə ki, ötən ilin noyabrından etibarən ilk dəfə olaraq Çində aşkarlanan bu virusun yüksək temperaturda məhv olacağı söylənildi. Bu səbəbdən də bir çox ölkələrdə belə bir ümid yarandı ki, koronavirus yayda məhv olacaq.

Havaların getdikcə istiləşməsi koronavirusun yayılma təhlükəsi ilə bağlı daha bir narahatlığa səbəb olub. Hava qızdıqca, yay aylarında qənimimizə çevrilən ağcaqanadları da həyatımıza qaytarır. Ağcaqanadlar isə bəzi yolxucu xəstəliklərin, məsələn, malyariya kimi ağır xəstəliyin daşıyıcısı sayılırlar. İnsanlar arasında məhz bu səbəbdən ağcaqanadların koronavirusu da yaya biləcəyi ilə bağlı fikirlər səslənir.

Bəs ağcaqanad koronavirus xəstəliyinin genişlənməsinə səbəb ola bilərmi?



Tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında bildirib ki, ağcaqanadların insandan-insana koronavirus keçirməsi real deyil:
“Məlumdur ki, bu xəstəlik qanla yox nəfəs yolu ilə keçir. Hətta qanla keçən digər xəsətliklərin də ağcaqanadla keçməsi sübut olunmayıb. Malyariya ağcaqanadları var ki, onlar malyariya xəstəliyi yayır. Amma koronavirusun ağcaqanadla keçməsi mümkün deyil”.