SƏRT TƏPKİ !- İnternet millətə zillət yaşadır – BİABIRÇILIQ !

“Azərbaycanda internetin keyfiyyəti və sürəti ilə bağlı vəziyyət dözülməzdir”

“Regionlarda isə interentin sürəti tamamilə acınacaqlıdır”


Ölkəmizdə internet problemi bitmək bilmir. Bəzi istifadəçilər məsələ ilə əlaqədar provayderlərə müraciət edirlər. Amma onlara hansısa çatışmazlığın olmadığı söylənilir.
Məsələ ilə bağlı dəfələrlə sərt təndiqlər səslənsə də, məlum sahədə irəliləyişin şahidi olmuruq. İnsanlar müvafiq ödənişi etsələr də, keyfiyyətli internet ala bilmirlər.



Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Sherg.az”a açıqlamasında bildirib ki, ölkəmizdə internetin sürəti olduqca zəifdir.
Ekspertin sözlərinə görə, nəinki paytaxtda eləcə də bölgələrdə durum olduqca acınacaqlıdır: 

“Ümumiyyətlə, Azərbaycanda internetin keyfiyyəti və sürəti ilə bağlı vəziyyət biabırçıdır. Hesab edirəm ki, bu məsələyə dövlət səviyyəsində reaksiya verilməlidir. Azərbaycan interneti ölkədə gedən inkişaf səviyyəsinə, bütün sahələrdə gedən dinamik proseslərə ən uyğun gəlməyən sahədir.

Beynəlxalq reytinqlərə baxsaq, bütün sahələrdə müsbət tendensiya gedir, yalnız internetlə bağlı mənfi hallar müşahidə olunur. Məsələ o yerə gəlib çatıb ki, Antiinhisar məsələlər üzrə Dövlət Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin inhisarçı olmasını təsdiq edir.

Lakin nazirik bütün bunları təkzib edərək inhisarçı olmadığını bildirir. Belə olmaz, bu məsələyə sərt təpki vermək lazımdır.  Regionlarda isə interentin sürəti tamamilə acınacaqlıdır. Bu, çox biabırçı bir durumdur”.