“Lokomotiv”in bütün futbolçuları və məşqçi heyəti karantinə alındı

Rusiyanın “Lokomotiv” klubunun futbolçu və məşqçi heyəti komandanın Moskva vilayətinin Bakovka mikrorayonunun ərazisində yerləşən bazasında karantinə alınıb.
TASS agentliyi xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu addım Rusiya Premyer Liqasında yoluxma hallarının artması ilə bağlıdır.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar dayandırmış futbol üzrə Rusiya Premyer Liqası iyunun 19-da keçirilən qarşılaşmalarla bərpa edilib. “Lokomotiv” 44 xalla turnir cədvəlində ikinci sırada qərarlaşıb.
Turnir cədvəlinə 50 xalla “Zenit” başçılıq edir.