Şou-biznesin kişi nümayəndələri hərbi xidmətdə olublarmı? – SORĞU

Sabah 26 iyun Azərbaycan Silahlı Qüvvələr günüdür.  Gecəsini gündüzünə qatan, isti -soyuq demədən vətənin keşiyində duran, əsgərlərimizin, hərbçilərimizin bayramıdır.  Şübhəsiz,  hər  bir Azərbaycan övladı  öz üzərinə düşən vəzifəni bilməli, vətəndaş borcunu yerinə yetirməlidir.  Məlumdur ki,  Vətən oğlunun ilkin  vəzifəsi hərbi xidmətə yollanmaqdır. 
 Bəs həmişə “vitrin”də olan məşhurlar necə, onlar həmin ülvi görəvə əməl edibmi?
 “Sherg.az” olaraq bu sual ətrafında  kişi sənətçilər arasında sorğu keçirdik. 

Müğənni  Vasif  Məhərrəmli söylədi ki, əsgərlik illəri SSRİ dövrünə təsadüf edib: 

“Bəli ,  1987-1989-ci illərdə Sovet qoşunları sıralarında idim.  Minsk şəhərində iki il hərbi xidmətdə olmuşam”.

Tanınmış söz xridarı Vüqar Əbdülov isə sualımıza belə cavab verdi:

“Əlbəttə, kim olmayıb ki ?! İdmançı olduğum üçün əsgərlikdə  idman klubunda idim.  Bir il yarım Bakıda xidmət etmişəm.”

Sevilən rejissor,  Türkiyənin məşhur serialı “Savaşçı”da rol alaraq ölkəmizi layiqincə təmsil edən Kənan MM bunları söylədi:

“1998-1999-cu ildə illərdə Naxçıvanda   Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişəm”