Qayda budur: “Maska tax, məsəfa saxla, gigiyenik qaydalara əməl et!”

“Prezident İlham Əliyev ictimai qınağın vacibliyini çox doğru qeyd etdi”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı deyib.

N.Orduxanlının sözlərinə görə, Prezident ilk dəfə deyil ki, ictimai qınağın vabiliyinə toxunur: 

“Ölkə rəhəbri hər zaman ictimai nəzarətin və ictimai qınağın önəmindən danışıb. Prezident haqlı olaraq bildirir ki, əsas yük dövlət üzərində olmaqla yanaşı, vətədaşlar da dövlətə dəstək nümayiş etdirməlidir. İctimai qınağı vətəndaşlar təşkil etməlidir. Məsuliyyətsiz vətənşalar qınanmalıdır. Hər kəs başa düşməlidir ki, koronavirusla mübarizədə həmrəylik nümayiş olunmalıdır.

Məsuliyyətsiz vətəndaşların hesabına insanlar həyatlarını itirə bilər. Tək Azərbaycanda deyil, dünyanın ən inkişaf etmiş ölkələrində karantin rejimi yumşaldıldıqdan sonra virusa yoluxanların sayı artmaqdadır. Virusa yoluxan və çox ağır vəziyyətdə olan kifayət qədər tanınmış şəxslər var. İnsan nə qədər cahil olamlıdır ki, baş vermiş hadisəyə laqeyd yanaşsın.

Bütün imkanlarımızla məsuliyyətsiz vətəndaşları qınamalı və onlara imkan verməməliyik ki, virusun yayılmasında rol oynasınlar. Maskasız avtobusa və qapalı məkanlara daxil olan şəxsləri qınamalıyıq. Onları məcbur etməliyik ki, qaydalara əməl etsinlər. Əks halda onların məsuliyyətsiliyi səbəbindən vəziyyətimiz daha da ağırlaşacaq. İctimai qınağın təşkilində QHT-lər də aktiv olmalıdır”. 

QHT rəhbərinin sözlərinə görə, karantin rejiminin sərtləşdirilməsi ilə bağlı verilən qərar yerində atılmış addımdır:

“Prezident çıxışında da qeyd etdi ki, ilk gündən dövlət vətəndaşı qorumaq yolunu tutub. 213 ölkə bu gün virusla mübarizə aparır. Bu ölkələrdə yoluxma və ölüm faizini müqayisə etsək, Azərbaycanda vəziyyət çox da ağır deyil. Bugünə qədər 14 000 yoluxma qeydə alınıb və 7500 nəfəri sağalaraq evə buraxılıb. 6000 şəxsin müalicəsi davam etdirilir.

Çox təəssüf ki, 169 nəfər vətəndaşımızı itirmişik. Ancaq hər gün yoluxma sayı artmaqda davam edir. Belə bir vəziyyətdə dövlət yenidən sərt karantin rejiminə keçməyi vacib bilib və vətəndaşın həyatını qorumaq siyasətini önə çəkib. Başa düşək ki, yoluxmalar bu templə artarsa, xəstəxanalarda həkim və çarpayı çatışmazlığı baş verəcək. Artıq Bakı şəhərinin xəstəxanalarında yer çatışmazlığı ilə bağlı məlumatlar yayılır. Həkimlərimizə kömək etməliyik.

Elə etməliyik ki, sağalanlar yoluxanlardan çox olsun və belə vəziyyətdə həkimlərimiz yoluxmuş şəxslərin müalicəsini təşkil edə bilsin. Bütün bunlar üçün 3 əsas qaydaya hər birimiz əməl etməliyik. - Maska taxmaq, məsəfa saxlamaq və gigiyenik qaydalara əməl etmək!”. 

Politoloqun fikrincə, bəzi ölkələrin yumşaldıcı addımlar atmasının səbəbi iqtisadi sahədə olan problemlərdir: 

“Azərbaycanda da bu problemlər var və beş ayın nəticələri onu göstərir ki, bizim iqtisadiyyatımız da tənəzzülə uğrayıb. Dünya bazarlarında neftin qiymətinin enməsi Azərbaycanın gəlirlərini azaldıb. Biz neft ölkəsiyik. Virus daha çox neft ölkələrinə ziyan vurur. Digər tərəfdən, turizm sektorunun dayanması, bir neçə başqa perspektivli sektorun fəaliyyət qalması iqtisadiyyatın durumuna mənfi təsir göstərir. Azərbaycanın şüurlu şəkildə, ilk ölkələr sırasınsda məhdudlaşdırıcı tədbirlər görməsinin əsas səbəbi insanların sağlamlığının əsas prioritet təşkil etməsi ilə bağlı olub. Bütün bunlarla yanaşı dövlət heç bir sosial layihə ixtisar etmədi. Məcburi köçkünlər üçün yeni şəhərciklər salınır, yeni məktəblər tikilir, yeni yaşayış kompleksləri salınır.

Biz həm cənab Prezident İlham Əliyevi, həm də hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlər üçün yeni inşa edilmiş binların açlışında iştirakını görürük. Hər il minlərlə insana yeni tikilmiş evlər təqdim edilir”.