Mədəkiçiltmə əməliyyatının AĞIR FƏSADLARI… - "Endokren sistemdə şok yaranır ! "

Son illər edilən bariatrik əməliyyatların sayı artıb. Artıq çəkidən əziyyət çəkənlərin bir qismi çıxış yolunu əməliyyatda görürlər. İnsanlarda belə bir təsəvvür var ki, artıq çəkili hər bir şəxs istənilən zaman mədəkiçiltmə əməliyyatı kimi qəbul edilən bariatrik proseduru etdirə bilər. 
Lakin bu əməliyyatın hər zaman uğurlu olduğunu deyə bilmərik. Mədəkiçiltmədən sonra səhhətindən bəzi problemlər yaranan pasiyentlərin sayı təəssüf ki, çoxluq təşkil edir. Orqanizmin birdən-birə böyük dəyişikliyə uğraması həmişə yaxşı sonluqla nəticələnə bilməz.




Həkim Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında bildirib ki, son vaxtlar metobolik pozğunluğu, piylənməsi və artıq çəkisi olan insanlar mədəkiçiltmə əməliyyatına üz tuturlar. Həkim sözlərinə görə, ölkəmizdə son 10 ildə bu əməliyyat daha çox həyata keçirilir:

“21-ci əsrin ən dəbdə olan əməliyyatı məhz mədəkiçilmə əməliyyatdır. Bu prosedura daha çox qadınlar üz tuturlar. Orqanizmin homoral-endokren sistemi var. Bu sistem insanlarda anadan gəlmə formalaşır. Endokren vəzlərlə oqanizmdə maddələr mübadiləsi tənzimlənir. İnsan zaman-zaman yaşa dolduqca endokren sistemdəki dəyişikliklər, maddələr mübadiləsindəki dəyişikliklərə təsir göstərir. Mədəkiçiltmə əməliyyatına gedən pasiyentin endokren sisteminin fəaliyyətində birdən-birə şok yaranır. Ona görə də bir həkim kimi mədəkiçiltmə əməliyyatının ciddi göstəriş olmadan yerinə yetirilməsinin əleyhinəyəm. Orqanizmin birdən-birə böyük dəyişikliklərlə şoka girməsi yaxşı hal deyil”.