“Prezident tibbi maskadan istifadə etməklə yenə nümunə göstərdi” 

“Dövlət başçısı hər bir Azərbaycan vətəndaşını növbəti dəfə məsuliyyətə, həmrəyliyə çağırdı”


“Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bölgələri hər səfəri yaddaqalan, unudulmaz və tarixi səfər olur”. 
Bunu “Sherg.az”a millət vəkili Eldəniz Səlimov deyib. 
Parlament üzvü bildirib ki, hər bir səfər yeni-yeni obyektlərin, müəssisələrin, yolların, körpülərin açılışları, fərman və sərəncamların verilməsi ilə şərtlənir və müsair tariximizə düşür: 

“Gəncədə Dövlər Aqrar Universitetinin yeni tədris korpusunun, o cümlədən, 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun, tikinti materialları istehsalı zavodunun açılışı olduqca vacib və əhəmiyyətli obyektlərdir. Xüsusilə də, indiki ağır pandemiya dövründə, az qala iqtisadiyyatın dayandığı bir məqamda bu cür obyektlərin tikilməsi, istifadəyə verilməsi ikiqat, üçqat əhəmiyyətlidir.



Bu, həm də dövlətin gücünün, qüdrətinin, əzminin göstəricisidir. Eyni zamanda, Gəncənin inkişafına təkan verəcək 5 mühüm Sərəncamın verilməsi, büdcədən milyonlarla vəsaitin ayrılması özü böyük bir hadisədir. Azərbaycan dövləti, xüsusilə, dövlət rəhbəri bununla bir daha göstərir və təsdiqləyir olur ki, bütün situasiyalara baxmayaraq, inkişaf, tərəqqi, vətəndaşların rifahı ən başlıca prioritetdir.

Gəncə səfərinin ən mühüm məqamlarından biri də heç şübhəsiz, indiki pandemiya dövründə infeksion xəstəliklər korpusunun istifadəyə verilməsi və dövlət başçısınin nitq söyləməsidir. Ölkə rəhbərinin çıxışında son zamanlar yaşanan məlum çətinliklərə, sıxıntılara baxmayaraq, Azərbaycanın inkişafa, gələcəyə nikbinliyi, əyilməzliyi açıq şəkildə görünür.

Dövlət başçısı həmin çıxışında bütün gerçəklikləri, reallıqları bir daha ortaya qoyraraq, hər bir kəsi, hər bir Azərbaycan vətəndaşını növbəti dəfə məsuliyyətə, həmrəyliyə çağırdı”.

Parlament üzvü vurğulayıb ki, ölkə başçısı tibbi maskadan istifadə etməklə hər kəsə yenə nümunə, örnək olduğunu göstərdi: 

“Prezident bildirdi ki, yalnız məsuliyyətli davranışlarla, tibbi maska və əlcəkdən istifadə etməklə, sosial məsafə gözləməklə bu bəladan xilas ola, qurtula bilərik. Dövlət başçısı haqlı olaraq dedi ki, o, maska ilə gəzir: “Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu?

Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik”. Bu ifadələrin əlavə şərhə və izahata ehtiyacı qalmır. Birmənalı mövqe və mesajdır, çağırışdır, eyni zamanda xəbərdarlıqdır. Odur ki, artıq hər birimiz düzgün nəticə, dərs çıxarmalıyıq. Deyilənlərə, qoyulan tələblərə, verilən qərarlara, karantin şərtlərinə birmənalı və sözsüz əməl etməliyik.

Tibbi maska və əlcək taxmalı, sosial məsafəni gözləməli, məsuliyyətsizliyə son qoymalıyıq. Heç kim özünü, ailəsini təhlükə altına salmamalıdır. Son günlərin acı statistikası bunu hər kəsdən tələb edir. Əgər kimlərsə bu xəbərdarlıqlardan nəticə çıxarmasa, məsuliyyətsizlik göstərməkdə davam etsə, onlara qarşı qanun ən sərt üzü ilə, ən sərt formada davranılmalıdır. Həmin şəxslər ictimai qınaq hədəfinə çevrilməli və cərimələnməlidir. Ərköyünlük zamanı deyil”.