Qafarzadə göz yaşı axıtdı ! - “O qızın nəşini verin anasına..!" - İnsanlıq ölüb?

Koronavirus infeksiyası ilə mübarizə apardığımız müddətdə daha dəhşətli bir hadisə ilə rastlaşdıq. Paytaxtdakı özəl klinikaların birində xərçəng xəstəliyindən vəfat etmiş gəncin cəsədi borc ucbatından ailəsinə verilməyib.
Çiyinlərində dağların da daşıya bilməyəcəyi qədər böyük kədəri daşıyan ananın görüntüləri sosial media istifadəçilərini sarsıdıb. Sözügedən xəstəxana sərt şəkildə tənqid olunub. Şou əhli də məsələyə biganə qalmayıb.

"Sherg.az" xəbər verir ki, tanınmış müğənni Nadir Qafarzadə rəsmi İnstaqram səhifəsində paylaşdığı videoda göz yaşlarına hakim ola bilməyib. O, mövzu ilə bağlı bunları söyləyib:

“Səhər-səhər əhvalım korlandı. Bilmədim ağlayım, ya gülüm.. 24 yaşlı gənc qız ölür və anasından pul istəyirlər ki,  gətirməsən cəsədi verməyəcəyik. Bu nə deməkdi? Harda, hansı insanlıqda yazılıb? Pulunu almısız, yemisiz axırda da öldürmüsüz, ya  ölüb bilmirəm. Ölüdən nə pul istəyirsiniz?Nəşi saxlayıb neyniyəcəksiniz? Verin anasına, valideyninə dəfn etsinlər. Başa düşürəm müqavilə imzalamısız. Amma insanlıq ölüb? İnsanlığı, vicdanı itirdik, ruhumuzu satdıq şeytana?  Hadisə  Azərbaycanda baş verib, dəhşətdir. Valideyn bədbəxt olub,  gəncliyini yaşamadan balası gedib. Allah rəhmət eləsin. Ədalətsiz dünyadan, vəhşiləşmiş insanların əlindən baş götürüb yaxşı getdin. Allah valideynlərinə səbr versin..!”