"Radikal müxalifət Ermənistanda diktaturanın ifşa olunması faktına heç bir reaksiya vermir" - QHT rəhbəri

"Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tez-tez bölgələrdə olur və yeni-yeni müəssisələrin açlışlarında iştirak edir".

Bunu "Sherg.az"a açıqlamasında BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı deyib.

Partiya funksioneri qeyd edib ki, bu gün dünyada və o cümlədən Azərbaycanda sərt karantin rejimi var:

"Bir çox dünya lideri özünü təcrid vəziyyətində saxlayır. Hətta bir çox prezidentlər iqamətgahlarından kənara çıxmırlar. Öz ailələrindən başqa heç kimlə təmasda olmurlar. Ancaq pandemiya elan olunandan bu günə qədər həm cənab Prezident, həm də Mehriban xanım Əliyeva mütəmadi sosialyönümlü layihələrin açılışlarında olurlar. Hər dəfə vətəndaşlara müraciət edərək, koronavirusla mübarizənin vacibliyindən bəhs edirlər. Özləri maska taxmaqla xalqa lazım olan tövsiyyələrini, mesajlarını verirlər. Qeyd edim ki, Mingəçevirdə enerji stansiyalarının qurulması ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində baş verib. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində Azərbaycan energetikasının inkişaf etdirilməsi və müasir sistemin qurulması, ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması istiqamətində uğurlu addım idi. Bilirsiniz ki, bir necə il bundan qabaq Mingəçevirdə enerji blokları partlamışdı və çox ciddi problemlə üz üzləşmişdik. Bakı metrosunda minlərlə vətəndaşımız köməksiz vəziyyətdə qalmışdı. Polislərin və digər strukturların səyi nəticəsində itki vermədən vətəndaşlarımızı xilas edə bildik. Bundan sonra Mingəçevirdə ölkə rəhbəri İlham Əliyevin tapşırığı ilə dünyanın ən müasir enerji sisteminin qurulması tapşırığı verildi. Ötən gün biz həmin enerji sisteminin açlışının şahidi olduq".

Politoloqun sözlərinə görə, cənab Prezidentin "N" saylı hərbi hissədəki  nitiqi də diqqət çəkir:

"Siyasətin prioritet istiqaməti ordu quruculuğu ilə bağlıdır. Və bu istiqamətdə uzun illərdir ardıcıl olaraq iş aparılır. Bu səbəbdəndir ki, artıq Azərbaycan ordusu dünyanın ən inkişaf etmiş 50 ordusunun sıralarına daxil olub. Azərbaycanda müasir ordu quruculuğu, Azərbaycan standartlarının yaradılması, şəxsi heyətin təminatı, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi birbaşa Ali Baş Komandanın diqqətinin nəticəsidir. Hər il dövlət büdcəsindən Ermənistanın ümumu büdcəsindən artıq vəsait ordumuza ayrılır. İnkişaf etmiş İsrail dövlətindən və digər ölkələrdən müasir silah-sürsat alırıq. Aprel döyüşlərində bu texnikaları ermənilərə əyani şəkildə göstərmişik".

N.Orduxanlı bəyan edib ki, aprel döyüşləri nəticəsində Ermənistanda hakmiyyət dəyişkiliyi baş verdi:

"Səhra komandirləri olmuş Sarksiyan-Koçaryan hakimiyyəti darmadağın oldu. Buna qədər Ermənistanda həmin hərbi xuntanın bir mifi hökm sürürdü".

QHT sədrinin sözlərinə görə, radikal müxalifətin antimilli mahiyyəti, onların  "Azərbaycana nə qədər pisdirsə, bizə o qədər yaxşıdır" kimi düşmən mövqeyinin ifşa olunması faktdır:

"Bu gün radikal müxalifətin bu siyasət yürütməsinin əsas şərti xarici dairələrinin tapşırığı əsasında həyata keçirilir. Bunun üçün kifayət qədər maliyyə vəsaiti ayrılır. Təbii ki, bu məsələdə  güclü erməni diasporasının rolu böyükdür. Ermənilər birbaşa və ya dolayısı ilə həmin qüvvələrlə maliyyə dəstəyi verir. İmkan düşdükcə Azərbaycan dövlətinin imicinin korlanmasında yaxından iştirak edirlər. Radikal müxalifət dünənə qədər Ermənistanda Paşinyan hakmiyyətini "demokratik hakmiyyət" adlandırırdı və təqdir edirdi. Ancaq son günlərdə  Ermənistanda antidemokratiya və diktaturanın ifşa olunması faktına heç bir reaksiya vermir. Paşinyanın qeyri-qanunu həbslərinə münasibət bildirmir. Bu gün Ermənistanda onlarla QHT sədri, partiya sədrləri, jurnalistlər, bloqerlər həbsdədir. Keçmiş hərbiçilər, genereallar, nazirlər və digər dövlət qurumlarında çalışan şəxslər həbs edilib. Bütün bunları Paşinyan edib."