"Hərdən hərarətim olsa da, həkimlər bunun normal olduğunu söyləyirlər" - Baş redaktor

"Bir həftə sonra yenidən analiz verəcəm. Və nəticədən asılı olaraq, ya ev şəraitində müalicəmi davam etdirəcəm, ya da daha bir müddət klinikada qalacam"

Artıq məlum olduğu kimi, "Kaspi" qəzetinin baş redaktoru və ailəsi də koronavirusa yoluxub.

Media kapitanı hazırda Mərkəzi Neftçilər Klinikasında müalicə altındadır. O, "Sherg.az"a açıqlamasında vəziyyətinin stabil olduğunu deyib:

"Bir həftədir, Mərkəzi Neftçilər Klinikasındayam. Hazırda özümü yaxşı hiss edirəm. Amma iştahsızlıq var. Hərdən hərarət olsa da, həkimlər bunun normal olduğunu söyləyirlər. Onların sözlərinə görə, qorxulu heç nə yoxdur. Hər halda təskinlik verməyə çalışırlar. Təxminən bir həftə sonra yenidən analiz verəcəm. Və nəticədən asılı olaraq, ya ev şəraitində müalicəmi davam etdirəcəm, ya da daha bir müddət klinikada qalacam. Ailə üzvlərim yanımda deyil, onlar evdədirlər".