"Koronavirusla mübarizədə də kollektiv ola bilmirik və futbolda olduğu kimi daha çox “qol yeyirik”" - Vəkil

“İctimai qınaq və fərdi məsuliyyət çox önəmlidir”.

Bunu “Sherg.az”a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunün müdiri Anar Qasımlı deyib.

Vəkil bildirib ki, ölkənimizdə koronovirusun inkişaf dinamikası bir daha sübut edir ki, pandemiyaya qarşı inzibati resurslarla mübarizə aparmaq, inzibati resurslarla pandemiyaya qalib gəlmək mümkün deyil: 

“Bu kollektiv mübarizə və fərdi məsuliyyət tələb edən “döyüş”dür. Lap elə bəzilərinin dediyi kimi “oyun”dur.  Biz niyə futbolda uğur qazana bilmirik? Çünki, futbol kollektiv oyundur və biz kollektivliyi bacarmırıq, fərdiyyətçiyik. Fərdi maraqlarımızı ümumi və ictimai maraqlardan üstün tuturuq. Yəni ümumi oyunlar, ümumi mübarizələr bir nəfərin laqeydliyinə qurban gedir. Təəssüf ki, koronavirusla mübarizədə də kollektiv ola bilmirik və futbolda olduğu kimi daha çox “qol yeyirik”.