Magistraturaya qəbul olunan tələbələrin sayı AÇIQLANDI

Dövlət İmtahan Mərkəzinin keçirdiyi 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrinə əsasən 8324 nəfər magistraturaya qəbul olunub.

Dövlət İmtahan Mərkəzindən "Sherg.az"a verilən məlumata görə, Azərbaycan bölməsi üzrə 7635, rus bölməsi üzrə 689 nəfər respublika ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarında təhsil alacaq.

Qəbul olunanların 3069 nəfəri dövlət sifarişi, 5255 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.