“Bu, Prezidentimizin beynəlxalq aləmdəki nüfuzundan xəbər verir"

"Prezident İlham Əliyevin təşəbbüsü əsasında BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı həsr olunmuş xüsusi sessiyasının keçirilməsi barədə tarixi qərar qəbul edilib. Bu qərarın qəbul edilməsinə dünyanın 130 dövləti tərəfindən dəstək verilməsi İlham Əliyevin təşəbbüsünə yüksək diqqətin təzahürü ilə yanaşı, onun beynəlxalq aləmdə nüfuzundan xəbər verir". 

Bu sözləri “Sherg.az”a millət vəkili Müşfiq Məmmədli deyib.  Deputat hesab edir ki, bu xüsusda  Prezident İlham Əliyevin beynəlxalq miqyaslı siyasi lider kimi statusunun getdikcə yüksəlməsi ayrıca qeyd edilməlidir:



“Onun təşəbbüslərinin, müxtəlif beynəlxalq formatlarda səsləndirdiyi çağırışların mühüm əhəmiyyət kəsb edən beynəlxalq qərarların əsasını təşkil etməsinin davamlı xarakter alması diqqəti cəlb etməyə bilməz.  Ölkə rəhbəri  İlham Əliyev bir çox mötəbər beynəlxalq tədbirlərin arzuolunan və xüsusi hörmətli iştirakçısı sayılmaqdadır. Heç şübhəsiz, onun beynəlxalq miqyasda yüksək nüfuzlu lider imici Azərbaycanın diplomatik uğur və nailiyyətlərinin əvəzolunmaz resursudur".