“Ermənistanda vəziyyət olduqca acınacaqlıdır”

“Bu reallıqlara rəğmən, Paşinyanın yanaşması beynəlxalq səviyyədə riyakarlıq kimi qəbul olunacaq” 




“Nikol Paşinyan öz siyasi ambisiyaları naminə erməni xalqını qurban verməyə hazırdır”
Bunu “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 
Partiya funksioneri bildirib ki, Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının sesiyasının çağırışına əksər dövlətlərin dərhal müsbət reaksiya verməsi ölkələrin öz xalqlarının taleyinə biganə qalmadığını göstərir: 

“Ermənistanın humanist çağırışa müsbət yanaşmaması baş nazir Nikol Paşinyanın məsuliyyətsizliyindən irəli gəlir. Bu çətin günlərdə dünya xalqları birləşərək, həmrəylik nümayiş etdirərək qlobal problemlərlə mübarizə aparırlar.



O baxımdan Ermənistan hökumətinin bu cür qeyri-insani davranış sərgiləməsi ilk növbədə erməni xalqına qarşı yönəlib.

Halbuki, koronavirus pandemiyasının yayılması, yoluxma və ölüm göstəriciləri Ermənistanda daha çoxdur. Düşmən ölkədə vəziyyət olduqca acınacaqlıdır. Bu reallıqlara rəğmən, Paşinyanın yanaşması beynəlxalq səviyyədə riyakarlıq kimi qəbul olunacaq”. 

V.Əfəndiyev xatırladıb ki, son bir neçə ayda Azərbaycan Prezidentinin təşəbbüsü ilə daha iki nüfuzlu təşkilatın yığıncağı keçirilib: 

“Əlbəttə, təklifdən öncə əmin olmaq lazım idi ki, beynəlxaq ictimaiyyət buna müsbət reaksiya verəcək. Dövlət başçısının reaksiyaları əvvəlcədən hesablaması mühüm amildir. Gün gələr ki, Dağlıq Qarabağla bağlı son qərarı vermək üçün növbəti toplantını çağırarıq