TƏBİB: Simptomu olan hər bir şəxsin testi aparılır


“Bizim bu gün apardığımız testlər PZR testləridir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, bu gün yüksək temperaturu, simptomu olan hər bir şəxsin, o cümlədən yoluxanların ünsiyyətdə olduğu insanların və xaricdən gələnlərin testi aparılır: “Ümumdünya Səhiyyə Təşkilatı profilaktik testlərin aparılmasını tövsiyə etmir. İmkansız bir insanın simptomları varsa, onun testi pulsuz aparılacaq və aparılmalıdır”.