Prezidentin köməkçisi: “Azərbaycanda gündəlik 7-8 min adam test edilə bilər”


“Dünya dövlətlərinin statistikaları çox fərqlidir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikasının təcrübəsində çox tələbkar test mexanizmi ilk gündən tələb olunur: “Bizim test arealımız və əhatə dairəmiz çox genişdir. Gündəlik 7-8 min adam test edilə bilər. Azərbaycanda bütün rəqəmlər şəffaf xarakter daşıyır. Bu, onun göstəricisidir ki, Azərbaycanda dövlət və vətəndaş arasında etimadlı dialoq var. Hər şey olduğu kimi vətəndaşa çatdırılır. Burada testin aparılması və risk qruplarının müəyyən edilməsi ölkəmizdə geniş xarakter daşıyır”.