Meteohəssas və osmotik xəstələrin DİQQƏTİNƏ! – “Dəyişkən hava təhlükəlidir !” 

“Belə iqlim şəraiti onların orqanizimində ciddi fəsadlar yarada bilər”

Son zamanlar havanın temperatoru qeyri-sabit keçir. Bu gün 36-40 dərəcə isti yay, sabahsı gün isə 24-25 dərəcə soyuq payız havası olur. Maraqldır, bu cür dəyişkən hava şəraitinin insanların səhhətinə nə kimi təsirləri var? 

Suallımızı cavablandıran tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı “Sherg.az”a bildirib ki, havanın temperatorunun və onunla bağlı olaraq atmosfer təzyiqinin dəyişkənliyi insanlar üçün təhlükəlidir:

“Bu cür hava şəraitindən ən çox meteohəssas insanlar mənfi təsirə məruz qalır. Tibbdə belə insanlara “təbiətin barometr”i deyilir. Çünki havanın temperatoru dəyişməzdən öncə onlarda ayaq-oynaq hərəkətində, ürək-damar sistemində, yuxarı tənəffüs yollarında problemlər başlayır.



Onlar oynaqlarında başlayan revmatizm ağrılarına görə sabah havanın necə olacağını təxmin edir. Eyni zamanda dəyişkən hava şəraiti bütün insanlar üçün təhlükəlidir. Çünki insan sosial varlıqdır.

Bizim xarici orqanlarımız hava ilə birbaşa təmasdadır. Havada dəyişiklik baş verdikdə hiss etməsək də, orqanizmimiz müəyyən təsirə məruz qalır. Lakin meteohəssas insanlar özlərinə diqqət verməlidir. Belə dəyişkən havalar onların orqanizimində ciddi fəsadlar yarada bilər.

Ürək-damar sistemində problemlər, revmatizm ağrıları, yuxarı tənəffüs orqanlarında ağırlaşmalar kimi hallar meteohəssas və osmotik xəstələr üçün dəyişkən hava şəraitinin verdiyi mənfi təsirlərdir. Bunun üçün insanlar həm pandemiya, həm də özlərini dəyişkən havanın təsirlərin qorumaq üçün evdə qalmalıdır. Çünki açıq hava onlar üçün təhlükəlidir”.