Moskvada koronavirus qurbanlarının sayı 3870-ə çatıb

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 39 nəfər dünyasını dəyişib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 3870-ə çatıb.
Qeyd edək ki, Rusiyada indiyədək 654 405 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 6556 nəfər bu virusa yoluxub, 216 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 9536 nəfərdir, indiyədək 422 931 nəfər sağalıb.