Avtomobillərin qiyməti ucuzlaşacaq? - AÇIQLAMA

“Avtomobil bazarındakı durğunluq qiymətləri endirə bilər”
Bu barədə “Sherg.az”a maşın bazarındakı son vəziyyəti dəyərləndirən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.
Onun sözlərinə görə, “COVİD-19” pandemiyası bütün sahələr kimi maşın bazarına da təsirsiz ötüşmədi:

“Hazırda mövcud situasiyanın təsiri ilə ikinci əl avtomobil bazarı genişlənib. Xüsusilə də son vaxtlar 15 min manatdan aşağı olan maşınlara tələbat artıb. Bu faktor lüks kateqoriyalı avtomobillərə tələbatın azalmasına gətirib çıxaracaq. Böyük ehtimalla bazarda lüks kateqoriyalı avtomobillərin sayı çoxalacaq. Çünki sahibkarlıq sübyektləri maliyyə təsərrüfat fəaliyyətində yaranan problemləri aradan qaldırmaq məqsədi ilə avtomobil kimi aktivlər bazara çıxaracaq".



Beləliklə də bazarda lüks kateqoriyalı avtomobillərdə təklif çoxalacaq. Bunun təsiri ilə də həmin maşınların  qiyməti aşağı düşəcək. Düşünürəm ki, pandemiya dövründə ekonomklas avtomobillərə tələbat artacaq. Xüsusilə də bu cür avtomobillərin idxalı və istehsalı bir qədər artacaq”. 

R.Həsənov onu da söyləyib ki, Gürcüstan bazarlarından ölkəyə fərdi şəkildə avtomobillərin gətirilməsi prosesi sərhədlərin bağlanması ilə dayanıb:

“Lakin bu proses bazara heç bir təsir göstərə bilməyəcək. Çünki pandemiya ilə bağlı olaraq avtomobil bazarında tələb aşağı düşüb. Ona görə bu proses qiymətləri endirməyəcək”.