Nura efir qadağasından DANIŞDI: "Səbəb, yəqin, yazdığım statuslardır”

Tanınmış müğənni Nura Surinin sosial şəbəkədə paylaşdığı status marağa səbəb olub. Sevilən sənətçi dostunun  zəng edərək, AzTv və Mədəniyyət Tv-də ona qadağa qoyulduğunu söylədiyini bildirib. Nura xanım aparıcı Hüsniyyə Məhərrəmovanının da yazdığı statusa görə işdən çıxarıldığını qeyd edib:

“Bir dostum zəng etdi ki, AzTV, Mədəniyyət TV səni "zapret"ə qoyub, bir çox tədbirlərə də dəvət olunmayacaqsan. Niyə? Hüsniyə Məhərrəmovanı da yazdığı statusuna görə işdən çıxarıblar. Demokratiya sözünün mənasını bilirsiniz? Demokratik ölkədə yaşayırıq. Prezident çıxışında dedi ki, mənə düzgün məruzə etmirlər və bir çox problemlərdən sosial şəbəkələrdən xəbər tuturam.”

Biz də “Sherg.az” olaraq məsələnin real səbəblərini öyrənmək üçün Nura xanımla əlaqə saxladıq. Sevilən müğənni məsələni belə izah etdi: 

“Feysbukda nə yazmışamsa odur. Səbəbi yəqin yazdığım statuslardır”.