Azərbaycan polisi ilə bağlı MARAQLI VİDEOÇARX 

İyulun 2-si Azərbaycanda "Polisi Günü" kimi qeyd olunur. Polislərimiz gecə-gündüz dayanmadan çalışmaqla sabitliyi və asayişi qoruyur, daha sakit və aydın səhərlər üçün keşik çəkirlər.

"Sherg.az" xəbər verir ki, "Polis günü" münasibətilə maraqlı videoçarx hazırlanıb. Videoda polislərimizin fəaliyyəti, gərgin iş rejiminə dair materiallar əks olunub.  
Polislərimiz cəmiyyətin sabitliyi üçün vəzifə öhdəliyindən kənara çıxaraq vətəndaşlar üçün əllərindən gələni edirlər. Əhalinin ən çətin anlarda polislərimizi axtarması  da süjetdə əksini tapıb. 

102 yaşın mübarək, Azərbaycan polisi!!!