Sözün bitdiyi yer: Babasını öldürüb nəvəsini üstündə oturtdular


 Kəşmirdə təhlükəsizlik qüvvələri ilə dinc əhali arasında baş vermiş qarşıdurmada ölən babasının üstündə oturmuş ağlayan bu 3 yaşlı uşağın fotosu dünyada böyük səs-küy yaratdı.

Sherg.az xarici media istinadən xəbər verir ki, Hindistanın nəzarətində olan Kəşmirdə təhlükəsizlik gücləri tərəfindən öldürüldüyü iddia edilən Bəşir Əhmədin sinəsinin üstündə oturan 3 yaşlı nəvəsinin şəkili, bölgənin və Pakistanın gündəmini zəbt edib.

İctimai media platformalarında paylaşılan görüntüdən sonra Hindistanın Kəşmirdəki addımlarını tez-tez beynəlxalq ictimaiyyətin gündəminə daşıyan Pakistandan reaksiya gəlib.

Əhmədin qardaşı oğlu  Faruk Əhməd yerli mediaya verdiyi açıqlamada deyib ki, avtomobilinin içində oturan Əhmədi polis maşından endirərək vurub və bunu görən olub: 
- Şahidlər deyir ki, uşağı polislər babasının sinəsinə oturdub şəkilini çəkiblər. 

Twitterdə Əhmədin cəsədinin üzərinə oturmuş 3 yaşlı nəvəsinin şəkilini paylaşan Pakistan dövlət başçısı Arif Alvi, "Faşist Hindistan rejimi Kəşmir üçün azadlıq şüarları səsləndirən günahsız vətəndaşları belə öldürür. Öldürülmüş babasının sinəsi üstündə oturdulmuş 3 yaşlı bu uşağın ağısını bütün dünya duymalıdır" deyə qeyd yazıb.

Xarici işlər naziri Şah Mahmud Qureyşi isə paylaşmasında, "Faşist Hindistan rejiminin gerçək üzü budur" ifadələrinə yer verib.

Turan