Mutasiya koronavirusun yoluxuculuq qabiliyyətini artırır?

SARS-CoV-2 koronavirusunun yayılma dərəcəsi bir çox amildən asılıdır, lakin burada mutasiyalar əsas rol oynayır.
Bu barədə RG nəşri ABŞ-ın baş infeksionisti Entoni Fauçinin açıqlamasına istinadla xəbər yayıb.
Mütəxəssis qeyd edib ki, sözügedən məsələ ilə bağlı mübahisələr aparılır:
“Amma inanıram ki, mutasiya virusun çoxalmasını sürətləndirir və insan orqanizmində konsentrasiyasını artırır. Ancaq mutasiyaya uğramış virusun yoluxub sağalmışlar üçün təhlükəli olması elmi olaraq sübut edilməyib”.