İtlərini dəfn etdikləri məzar görənləri HEYRƏTLƏNDİRDİ - FOTO


Türkiyədə iki bacının itlərini dəfn etdikləri məzar böyük marağa səbəb olub.

Ölkə.az bildirir ki, Türkiyədə Esra və Ceyda Ersoy bacıları kimi tanınan qızların Sindi adlı itləri ölüb. Onların itlərini dəfn etdiyi məzarlıq sosial mediada gündəm olub. Bacılar baş daşının üzərinə ''Sənin üçün çox darıxacağıq. Həmişə ürəyimizdə qalacaqsan və səni heç zaman unutmayacağıq'' sözlərini yazdırıblar. Ceyda Ersoy isə sosial media paylaşımı zamanı ''Gözəllər gözəli şahzadəmiz olan itimizi itirdik. Sindi artıq cənnətdə mələk oldu. Məzarını ömür boyu ziyarət edəcəyik'' sözlərini qeyd edib. Sosial media istifadəçiləri məzarın həddindən çox bər-bəzəkli olduğunu bildiriblər.